Amerikalı səfir qəza ilə bağlı Zelenskiyə vacib məlumatlar verib

amerikali-sefir-qeza-ile-bagli-zelenskiye-vacib-melumatlar-verib
Oxunma sayı: 1758

Ukrayna Prezidenti Vladimir Zelenski və Xarici İşlər naziri Vadim Pristayko ABŞ-ın Kiyevdəki səfiri Kristina Quinn ilə görüşüblər. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pristayko öz tvitter səhifəsində yazıb.

“Prezident Vladimir Zelenski ilə birlikdə ABŞ nümayəndələri ilə, xüsusən də Ukraynadakı səfirliyimizin rəhbəri Kristina Kvin ilə görüşdük, -deyə o, bildirib.

Onun sözlərinə görə, görüş zamanı Ukrayna mütəxəssisləri tərəfindən nəzərdən keçiriləcək vacib məlumatlar əldə edilib. Pristayko onu da qeyd edib ki, bu gün o və Prezident ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcək.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-i Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.