Amerikalı xoreoqraf Bakıda ustad dərsləri keçib

amerikali-xoreoqraf-bakida-ustad-dersleri-kecib
Oxunma sayı: 876


“Qafqazinfo” xəbər verir ki, layihə gənc rəqqas, xoreoqraf, aktyor və rejissorlara müasir rəqs texnikasının maraqlı aspektlərini aşılayır.

Layihənin təqdimatından bir gün əvvəl Valeri Qrin Bakıda müasir rəqslər üzrə ustad dərsləri də keçib. Bu dərslərdə xoreoqrafın “Body Mind Fitness” sertifikatı ilə təsdiq olunmuş təcrübəsindən istifadə edilib. Təlimlər fitri spiral və sümük ritmlərinin məntiqi uyğunlaşmasını vurğulayaraq, bədən mexanikasının və sinir-əzələ sisteminin təhlükəsiz şəkildə istifadəsi ilə yönləndirilib.

Erik Havkinsin müasir rəqs metodikasından təsirlənən Valeri Qrinin rəqsləri bitkin, maraqlı hekayəni xatırladır. O, kompozisiyalarında həyatın dərin fəlsəfi anlarını, insan ömrünün yaradılışdan sonadək hərəkət trayektoriyasının xoreoqrafik həllini nümayiş etdirir. Bunun üçün rəqqas müxtəlif elementləri ifadə vasitələrinə, rəmzlərə çevirir.

Beynəlxalq Muğam Mərkəzində Valeri Qrinin əsrarəngiz müasir xoreoqrafiya texnikası üzərində qurulmuş rəqsləri tamaşaçılara xoş anlar bəxş edib.

Valeri Qrin 19 ildir ki, “New York City” Rəqs Cəmiyyətində xoreoqrafiya müəllimidir. 2005-ci ildə “Dance Entropiya” adlı özəl şirkətini yaradan xoreoqraf artıq 28 rəqs və 6 rəqs kompozisiyanın müəllifidir. Onun xoreoqrafik variasiyaları Nyu-Yorkda tamaşaya qoyulur və dünyanın müxtəlif yerlərinə səyahət edir.