“Amerikanın etdiyi inqilab xalqa fəlakət gətirir”

amerikanin-etdiyi-inqilab-xalqa-felaket-getirir
Oxunma sayı: 1091


Bu və ya digər məsələrə aydınlıq gətirən BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı mətbuata acıqlamasında bildirib ki, Ukraynada baş verən hadisələr bir daha onu göstərdi ki, istənilən qanlı inqılab xalqlara faciələr gətirir və heç bir halda Qərb və Avropa Birliyinə güvənmək olmaz : "Ukrayanada inqilabı edən ABS , Avropa Birliyi və Böyük Britaniya Ukrayna xalqına xəyanət etdi. Gürcüstanın başına gətirilən oyunlar yenidən təkrar edildi. Bu gün Ukrayna xalqı təkbaşına Rus qoşunu ilə üz üzə dayanıb. Və qorxusundan hansı addım atacağını da bilmir. Bu inqılabı edənlər Putinin qarşısında acız vəziyyətə düşüblər. Kliçko və onunla birlikdə inqilabın başında duran şəxslərin atdığı addım isə onu göstərdi ki, bu şəxslər də xalqı deyil, öz həyat şəraitini yaxşılaşdırmaq üçün inqilab ediblər. Onlar Obamadan öhdəliklərini yerinə yetirməyi belə tələb edə bilmirlər. Qərbin dəstəyi ilə hakimiyyətə gəliblər, Qərb də onların müqavimət göstərməsini istəmir. Çünki bu halda müharibəyə qatılmaq zorunda qalacqlar. İnqlabçıların hakimiyyət ehtirası 46 milyonluq ölkəni tam müdafiəsiz bir hala gətirmişdir. ".

Niyaməddin Orduxanlının sözlərinə görə, Rus qoşunlarının Ukraynaya beynəlxalq qanunlara məhəl qoymadan qoşun yeritməsi təhlükəli presedent yaradır:" Bundan sonra hansı ölkə ABŞ və ya Avropa Birliyinə inanar?! Bütün günü CNN və digər kanalarda təblığat aparırlar ki, Ukrayna elə Rusiyanın ərazisi imiş. Bu təblığatı təsadüf etmirəm. Bu artıq o deməkdir ki, Qərb Rusiyanın qarşısında acız vəziyyətdədir. Ukrayna xalqı ərazi bütövlüyü üçün vuruşmalıdır. Xalq öhdəliyini yerinə yetirməyən ABŞ və BB-dən tələb etməlidir ki,nüvə silahlarını öz ehtiyatları hesabına geri qaytarsın. Putini yalnız nüvə silahı dayandıra bilər."

Azərbaycanda radikal müxalifət nümayəndələrinin Ukraynada baş verən hadisələrə yanaşma tərzinin qüsurlu olduğunu bildirən BAXCP sədrinin müavini siyasi yönümündən aslı olmayaraq baş verən hadisəyə obyektiv qiymət verilməli olduğunu bildirib: "Ukraynada inqılab baş verəndə bizim müxalifət bütün günü sevinirdi ki, Ukraynada inqilab baş verib. Bu adamlar yetim uşaqlar kimi qalıblar ortada. Ayda bir dəfə mövqeylərini dəyişirlər. Onlar bir məqamı yaddan çıxartmışdılar ki, baş verən inqilab Rusiyaya qarşı idi və Rusiyanın adamı olan Yanikoviçi ölkədən quvublar. Sizlər isə 2013-cü ildə Rusiyanın layihəsində Rüstəm İbrahimbəyov-Cəmil Həsənli namizədi ilə hakmiyyətə gəlmək istəyirdiniz. İndi Rusiyanın məğlub olmasına niyə sevinirdiniz? Əksinə sizlər kədərlənməli idiniz. İndi isə, özlərini Qərbpərəst, Amerikapərəst adlandırırlar. Və özlərini bu qüvvələrə yaxın göstərirlər. Yenə də yanlış siyasət aparırlar. Görmürlər ki, Qərb və ya ABŞ Ukrayanada hansı mövqeyi tutub? Bir daha əminliklə deyirəm ki, Qərbin və ya Avropa Birliyin etdiyi inqilablar xalqlara facilərə gətirir."