Amerikanın poçt təyyarəsi Kubada eniş etdi - 50 il sonra

amerikanin-poct-teyyaresi-kubada-enis-etdi
Oxunma sayı: 1285

ABŞ ilə Kuba arasında birbaşa poçt əlaqəsi bərpa olunduqdan sonra Kubada ilk dəfə ABŞ-a məxsus poçt təyyarəsi eniş edib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, ABŞ-dan Kubaya son 50 ildə uçan ilk poçt təyyarəsidir.