Amerikanın texnologiya nəhəngi Rusiyadakı fəaliyyətini dayandırdı

amerikanin-texnologiya-nehengi-rusiyadaki-fealiyyetini-dayandirdi
Oxunma sayı: 2433

Amerikanın “Oracle” texnologiya şirkəti Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda Rusiyadakı işini dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda deyilir: 

““Oracle”ın bütün dünya üzrə 150 ​​000 işçisi adından və həm Ukraynanın seçilmiş hökumətinə, həm də onun xalqına dəstək olaraq, Oracle Korporasiyası artıq Rusiya Federasiyasındakı bütün fəaliyyətini dayandırıb”.

Qeyd edək ki, “Oracle” şirkəti 1977-ci ildə təsis edilib və baş ofisi Texas ştatının Ostin şəhərində yerləşir. Şirkət dünyanın ən böyük proqram istehsalçılarından biridir.