Amfibiya təyyarəmiz Türkiyəyə çatdı - Foto+Video

amfibiya-teyyaremiz-turkiyeye-catdi
Oxunma sayı: 3657

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə yola salınmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, təyyarə sabah səhər saatlarından etibarən yanğınların söndürülməsi əməliyyatlarına başlayacaq.