Amil Hacıyev öz açıqlamasında rəhbərlik edəcəyi yeni sayt barədə məlumat verib: “Sivil.Az saytında Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə yanaşı, həm də dünyada baş verən maraqlı hadisələr haqqında xəbərləri oxucularımıza çatdıracağıq.
Həmçinin saytımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları da təqdim olunacaq. Saytımız siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkiliyə yol verməyəcək, tam obyektiv, müstəqil və şərhsiz olaraq xəbər istehsal edəcək.
Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını fəal əməkdaşlığa dəvət edirik”.
Baş redaktorun verdiyi məlumata görə, bir müddət öncə publika.az-dan ayrılan tanınmış yazarlar Rəbiqə Nazimqızı və İntiqam Valehoğlu da Sivil.Az-da fəaliyyətə başlayıblar.
Amil Hacıyev bundan öncə publika.az-ın baş redaktoru kimi fəaliyyət göstərirdi.
Musavat.com
Son xəbərlər
Son Xəbərlər