Amil Məhərrəmov Rusiyada Elmlər Akademiyasının müxbir üzvü seçildi

amil-meherremov-rusiyada-elmler-akademiyasinin-muxbir-uzvu-secildi
Oxunma sayı: 2202

Bakı Dövlət Universitetinin "İqtisadiyyat və idarəetmə" kafedrasının müdiri, professor Amil Məhərrəmov Rusiya Təbiət Elmləri Akademiyasının (TEA) həqiqi üzvü seçilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə qərar Rusiya TEA-nın Moskvada keçirilən illik yığıncağında qəbul olunub.  Amil Məhərrəmov bu ada elm sahəsindəki xidmətlərinə, sözügedən müəssisə ilə əlaqələrin inkişafındakı fəaliyyətlərinə görə layiq görülüb.

Qeyd edək ki, professor Amil Məhərrəmovun müdiri olduğu  "İqtisadiyyat və idarəetmə" kafedrası yerli və xarici qrant proqramlarının aktiv iştirakçısı olub, bu sahədə apardığı fəaliyyət nəticəsində «İlin kafedrası» adına layiq görülüb.