AMİP hökmü repressiya adlandırdı

amip-hokmu-repressiya-adlandirdi
Oxunma sayı: 699

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bəyanatda deyilir: “Azərbaycan Milli İstiqlal Partiyası Səbayel Rayon məhkəməsinin həmin hökmünü ədalətsiz, qərəzli və siyasi sifarişli hökm kimi qiymətləndirir.

AMİP hakimiyyətin repressiv əməllərlə, cəza tədbirləri ilə ölkədəki mövcud narazılıqların və vətəndaşların siyasi fəallığının qarşısının alınmasını pisləyərək, bunun cəmiyyətdə gərginliyin və qarşıdurmanın daha da dərinləşməsinə gətirib çıxaracağından narahatlığını ifadə edir”.

Partiya yaydığı bəyanatda tələb edir ki, qanunsuz olaraq həbs olunan və barələrində əsasız cinayət işləri qaldırılan bütün siyasi məhbusların tezliklə azad olunmalarını, eləcə də, siyasi əqidəyə, mövqeyinə və baxışlarına görə təqib, təzyiqlər dayandırılsın.

Partiya ölkə və dünya ictimaiyyətini, beynəlxalq qurumları hakimiyyətin yürütdüyü antidemokratik, zorakılıq və repressiv siyasətinə biganə qalmamağa çağırır.

Fatimə Kərimli