AMİP özünə tərəfdaş axtarır

AMİP özünə tərəfdaş axtarır
Oxunma sayı: 310

Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat xidmətinin rəhbəri Əli Orucov deyib. Onun sözlərinə görə, artıq bir neçə partiya ilə görüş olub və görüşlər davam etdirilir: “Hansı siyasi partiyalarla görüşlərin keçirilməsi mətbuata açıqlanmır, çünki əməkdaşlıq baş tutmayanda cəmiyyətdə ruh düşkünlüyü yaranır”.

Ə. Orucov onu da vurğulayıb ki, bu görüşlər hər hansı bir birliyin yaradılması məqsədilə yox, ikitərəfli və ya üçtərəfli əməkdaşlıq məqsədilə keçirilir: “Partiyanın Mərkəzi Şurasının qərarı ilə AMİP heç bir blokda təmsil olunmur, amma ikitərəfli və əməkdaşlıqlar mümkündür”.

Fatimə Kərimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi