Amnistiya 16-17 min şəxsi əhatə edəcək - Yenilənib

amnistiya-16-17-min-sexsi-ehate-edecek
Oxunma sayı: 1941

Milli Məclisdə  8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi müzakirəyə çıxarılıb. 

"Qafqazinfo" xəbər verir ki, layihə barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təqdim olunan amnistiya sənədi ənənəvi olaraq preambula və dörd hissədən ibarətdir: “Preambulada Şuşa şəhərinin işğaldan azad edilməsi xüsusilə vurğulanıb və burada çox ciddi arqumentlər səslənir. Birinci hissədə amnistiya şamil ediləcək şəxslərin dairəsi göstərilib. Sənəddə amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları öz əksini tapıb. Biz əminik ki, bu qərar bu gün qüvvəyə minəcək. Amnistiya müddəti 4 aydır.

Bu amnistiya aktı 16-17 min nəfərə yaxın şəxsi əhatə edəcək.  Həbs formasında cəza çəkən 3000 nəfərin azad edilməsi gözlənilir”. 

***

Amnistiya layihəsi müzakirə edilərək qəbul olunub.

Günel Türksoy