Amsterdam “Eurovision 2020”ni keçirməkdən imtina etdi

amsterdam-eurovision-2020ni-kecirmekden-imtina-etdi
Oxunma sayı: 1789

Amsterdam 2020-ci ildə “Eurovision” mahnı müsabiqəsini qəbul etməyəcək. “Qafqazinfo” xəbər verir ki, bunu iyulun 5-də Niderland paytaxtının meri Femke Halsem özünün açıq məktubunda bəyan edib.

“Yaranmış vəziyyət zalın bron edilməsi ilə bağlıdır. Məsələ əsaslı surətdə araşdırılandan sonra məlum olub ki, tədbiri başqa vaxta keçirmək mümkün deyil”, - deyə mer qeyd edib.

Xatırladaq ki, “Eurovision-2020” Niderlandda keçirilməlidir, çünki 2019-cu il müsabiqəsində “Arcade” mahnısı ilə bu ölkənin nümayəndəsi Dunkan Lourens qalib gəlib. Müsabiqənin keçirilməsi uğrunda beş şəhər mübarizə aparacaq: Rotterdam, Utrext, Hertogenbos, Arnem və Maastrixt. Bu barədə qəti qərar avqust ayında qəbul edilməlidir.