Amsterdamda iğtişaşlar zamanı partlayış törədilib - Video

amsterdamda-igtisaslar-zamani-partlayis-toredilib
Oxunma sayı: 976

Niderlandın paytaxtı Amsterdamda koronavirus səbəbi ilə tətbiq edilən komendant rejiminə qarşı etiraz aksiyaları zamanı partlayış baş verib.

“Qafqazinfo” “REN TV”yə istinadən bildirir ki, Osdorpda etirazçılar polislərə daş atır və avtomobilləri yandırır.

Sosial şəbəkələrdə paylaşılan videolardan görünür ki, naməlum şəxslər tərəfindən yandırılmış yük avtomobili partlayıb. İğtişaşların qarşısını almaq üçün əraziyə xüsusi təyinatlılar göndərilib. Vəziyyət hələ də sabitləşməyib.

Qeyd edək ki, ötən ilin dekabrından ölkədə koronavirus epidemiyasının qarşısını almaq məqsədilə məhdudlaşdırma tədbirləri görülür, ötən cümə günündən isə komendant saatı tətbiq edilir. Sakinlər karantinin uzadılması və onunla bağlı məhdudiyyətlərdən narazıdır. Aksiyaların çoxu polislə toqquşmalar, həmçinin vandallıq və qarətçiliklə başa çatır.