Amsterdamda kütləyə atəş açıldı - Ölü və yaralılar var

amsterdamda-kutleye-ates-acildi
Oxunma sayı: 1177

Hollandiyanın paytaxtı Amsterdamda silahlı şəxs şəhər mərkəzində insanlara atəş açıb.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb.

Say açıqlanmasa da, bir neçə nəfərin yaralandığı bildirilir.

Hadisə terror hücumu olub-olmadığı araşdırılır.