Amsterdamda polis etirazçılara qarşı su şırnağından istifadə etdi - Video

amsterdamda-polis-etirazcilara-qarsi-su-sirnagindan-istifade-etdi
Oxunma sayı: 844

Niderland polisi Amsterdamda icazəsiz etiraz aksiyasını dağıtmaq üçün su şırnağından istifadə etmək məcburiyyətində qalıb.

“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə Niderland Teleradio Yayım Korporasiyası xəbər verib.

Telekanalın məlumatına görə, nümayişçilər hüquq-mühafizə orqanlarının meydanı tərk etmək tələbini yerinə yetirməkdən imtina etdikdən sonra su şırnaqları işə salınıb.

Yüzlərlə insanın şəhərin Muzey meydanına toplaşmasına səbəb hakimiyyətin koronavirus pandemiyasına qarşı mübarizə siyasəti və Nazirlər Kabinetinin qərarları olub.