Ana 3 yaşlı oğlu ilə dəm qazından boğularaq öldü

ana-3-yasli-oglu-ile-dem-qazindan-bogularaq-oldu
Oxunma sayı: 2087

Bakıda ailə faciəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə martın 8-də saat 21.00 radələrində qeydə alınıb. Rayon sakinləri, 1993-cü il təvəllüdlü Leyla Səlimova və onun 3 yaşlı oğlu Sirac Səlimovun yaşadıqları evin vanna otağında meyitləri aşkar edilib.

İlkin ehtimala görə, ana və oğlu dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.