Ana bətni daxili qüsurlu körpələri əməliyyat edən Professor Azərbaycanda! - Video

ana-betni-daxili-qusurlu-korpeleri-emeliyyat-eden-professor-azerbaycanda
Oxunma sayı: 3403

Leyla Medical Center-in (keçmiş Leyla Şıxlinskaya Klinikası) və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə 24-25 yanvar tarixlərində Perinatoloji Təbabət üzrə Bakı Beynəlxalq Konfransı keçirildi.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda perinatal təbabət sahəsində beynəlxalq və yerli təcrübənin öyrənilməsi, tibb işçilərinin nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilmişdir.

Səhiyyə Sisteminin inkişafı, yerli və xarici həkimlərin bilik mübadiləsinin aparılması, praktiki biliklərin təkmilləşdirilməsi məqsədilə keçirilən bu konfranslar daim həkimlər tərəfindən böyük maraqla qarşılanmaqdadır.

Qeyd edək ki, 2 gün keçirilən konfransda 200-ə yaxın həkim iştirak etmişdir.

Konfrans öncəsi Leyla Medical Center və Türkiyənin Memorial Sağlıq Qrupu arasında memorandum imzalanmışdır. Memorandum əsasında Türkiyənin məşhur Memorial Sağlıq Qrupunda və Azərbaycanda ilk Mama-Ginekologiya üzrə ixtisaslaşmış mərkəzi olan Leyla Medical Centerdə (keçmiş Leyla Şıxlinskaya Klinikası) çalışan bütün həkimlərin mütəmadi olaraq təcrübə mübadiləsi aparılacaq.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyevin və Neonatologiya üzrə baş mütəxəssis Rüstəm Hüseynovun iştirakı ilə keçirilən tədbirdə bir sıra yerli və xarici mütəxəssislər çıxış etmişdir.

Konfransda çıxış üçün dəvət olunmuş mütəxəssislər sırasında Dünya Perinatoloji Birliyinin Prezidenti Professor Cihat Şen də yer almışdır. Professor ana bətni daxili dölündə əməliyyatlar icra edən və döldə ola biləcək bütün qüsurların vaxtında aşkar edilməsi mövzusunda fikirlərini bölüşmüşdür. O həmçinin fetal cərrahiyyədə əldə olunan ən son nailiyyətlər haqqında tədbir iştirakçılarına məlumat verərək bir çox vacib məqamlara toxunmuşdur.

Türkiyədən dəvət olunan dosent Veysel Şal və dosent Özkan Özdamar, o cümlədən İtaliyadan dəvət olunmuş Umberto Cavalli çıxış edərək ginekoloji və onkoginekoloji sahələri üzrə təcrübələrini tədbir iştirakçıları ilə paylaşmışdılar.

Almaniyanın Karl Storz şirkəti tərəfindən təqdim olunan histeroskopiya və laparoskopik tikiş mövzularında olan praktiki kurs həkimlər tərəfindən maraqla qarşılandı.