“Qafqazinfo” Penitensiar xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilən Allahverdi Qulu oğlu Sadıxovun yanına qısamüddətli görüşə gəlmiş anasının üzərindən telefon tapılıb.
Xaçmaz rayon sakini Səyyarə Bayramxan qızı Sadıxovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman corabının içərisində gizlədilən, daxilində “Cin”danışıq kartı olan 1 ədəd Nokia markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər