“Ana dilində təhsil istədikləri üçün 15 il həbs olunurlar” - Jalə Təbrizi

ana-dilinde-tehsil-istedikleri-ucun-15-il-hebs-olunurlar
Oxunma sayı: 2064

“Çox fəxr edirəm ki, Azərbaycanın adı Birləşmiş Millətlər Təşkilatının elə bil divarlarında yazılır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin rəhbəri, hüquq müdafiəzçisi, Fransada yaşayan Jalə Təbrizi İranda insan hüquqlarının pozulmasına  qarşı cəmiyyətin apardığı mübarizədən danışarkən deyib. Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının müşaviri olmaq üçün 7 il çalışıb.

Ərk cəmiyyətinin fəaliyyət istiqamətlərindən danışan Jalə Təbrizi bildirib ki, əsas məqsəd İran azərbaycanlılarının insan haqlarını müdafiə etməkdir: “Ana dilində təhsil istəməyə görə 10-15 il həbs həyatı sürürlər. Urmiya gölünün qurumasına etiraz edirlər, həbs olunurlar. Biz onları müdafiə edirik ki, səhv bir iş etməyiblər”.

Həmin müsahibənin videosunu təqdim edirik: