Ana həbsdəki oğluna...

ana-hebsdeki-ogluna
Oxunma sayı: 1001


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Famil Şamil oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası, Bakı şəhər sakini Rəfiqə Məhəmməd qızı Atakişiyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı əl çantasından 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Cin” danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, F.İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1; 29,177.1; 29,177.2.2; 66.3 və 66.5-ci maddələrinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.