Ana ilə ata öldü, uşaqlar isə sığınacağa verildi - Dəhşətli partlayışdan sonra...

Ana ilə ata öldü, uşaqlar isə sığınacağa verildi
Oxunma sayı: 6251

Xəbər verdiyimiz kimi, aprelin 21-də Kürdəmirdə yaşayış evində partlayış baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisədən bir gün sonra ailə başçısı 31 yaşlı Anar Əsədov, dünən isə xanımı  34 yaşlı Qəndab Hüseynova dünyasını dəyişib. 

Yüngül xəsarət alan azyaşlı uşaqlar ( 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov) Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağına yerləşdirilib, 8 yaşlı İlahə Əsədovanın isə müalicəsi davam edir. 

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi