Ana ilə iki qızı dəm qazından zəhərləndi

ana-ile-iki-qizi-dem-qazindan-zeherlendi
Oxunma sayı: 1788

Gəncədə zəhərlənmə hadisəsi vaş verib. 

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib. Həmin ərazidə olan mənzillərin birində yaşayan bir ailənin üç üzvü mətbəxdə dəm qazından zəhərlənib.

Məlumata görə, mənzildə qazla işləyən su qızdırıcı mətbəxdə qurulduğu üçün orada oturan ana və 12 və 14 yaşlı qızları dəm qazından zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər. Tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşıb.

Elmar Əli