Dünyaşöhrətli aktrisa və müğənni Selena Qomez “Vanity Fair” üçün kamera qarşısına keçib.
“Qafqazinfo” xəbər verir ki, 32 yaşlı ifaçı nəşrə müsahibəsində bioloji ana ola bilməyəcəyini açıqlayıb.
O bildirib ki, buna səbəb səhhətindəki problemlərdir: “Fikirləşirdim ki, hamıda olduğu kimi olacaq. Amma təəssüf ki, uşaq sahibi ola bilməyəcəyəm. Mənim və uşağın həyatı üçün təhlükə yaradacaq ciddi problemlərim var. Əvvəl buna görə uzun müddət kədərlənərdim. Lakin indi özümü xoşbəxt hiss edirəm. Çünki övladlığa götürmə, surroqat ana kimi yolların olduğunu bilirəm.
Özümün və uşağın həyatını riskə ata bilmərəm. Təbii bir proses olmayacaq. Əsas odur ki, mənim uşağım olacaq. Bu, məni sevindirir”.
Qeyd edək ki, Selena Qomez illərdir qırmızı qurdeşənəyi (Autoimmun) xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən ona 2017-ci ildə böyrək köçürülüb. O, ömürlük kökəlməsinə səbəb olan dərmanlar qəbul edir.