Ana olandan bir gün sonra öldü...

ana-olandan-bir-gun-sonra-oldu
Oxunma sayı: 3688

Ağdaş rayonunda yenicə ana olan qadın ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Hapıtlı kənd sakini, 1991-ci il təvəllüdlü Mərdanova Nübar Qasım qızı Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirib.

Xəstəxanada saxlanılan qadının vəziyyəti 1 gün sonra kəskin pisləşib və o vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.