1 ay əvvəl ana olan Gülşən səhnələrdən uzaq qala bilməyib.
“Qafqazinfo” xəbər verir ki, sənətçi Türkiyənin Uludağ ərazisində konsert proqramı ilə çıxış edib. O, geyimi və formada olan görünüşü ilə diqqət çəkib.
Sənətçi səhnədə çox həyəcanlı olduğunu söyləyib:
“Hamiləlik və doğuşdan sonra ilk konsertimdir, həyəcanlıyam. Elə bil ki, səhnəyə ilk dəfə çıxıram. Ancaq bilirsiz ki, hamiləliyim dövründə dayanmadım, çalışdım”.
Müğənni konsertdən sonra jurnalistlərin suallarını cavablandırıb. Gülşən övladı üçün iki dayə tutması barədə yayılan xəbərlərə münasibət bildirib:
“Nə dayə? Heç bir nəfər belə tutmamışam. Övladıma özüm baxıram və bundan zövq alıram”.





Son xəbərlər
Son Xəbərlər