35 yaşlı amerikalı ifaçı Keti Perrinin hamiləliyi onun üçün yaradıcılıq baxımından da məhsuldar olub.
“Qafqazinfo” “Spletnik.ru”ya istinadən bildirir ki, indi müğənni təkcə ana olmağa hazırlaşmır, həm də avqustun 14-də işıq üzü görəcək yeni albomu üzərində çalışır. Bu cümə “Daisies” adlı sinqlını təqdim edəcək müğənni premyeradan əvvəl əhval-ruhiyyə yaratmaq üçün yeni fotosessiyasından bir neçə kadrla bölüşüb.
Keti ağ donda kamera qarşısına keçib. O, kiçik çay qırağında - sakitlik və harmoniya atmosferində görüntülənib.
Həmin fotoları təqdim edirik:




Son xəbərlər
Son Xəbərlər