Ana qeysəriyyə əməliyyatından sonra öldü

ana-qeyseriyye-emeliyyatindan-sonra-oldu
Oxunma sayı: 3528

Lənkəran rayonunda ana qeysəriyyə əməliyyatından sonra ölüb.

Qurumun mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, mayın 26-da Lerik rayonunun Hücü kənd sakini Yaqubzadə Fəridə İlyas qızının ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1993-cü il təvəllüdlü Fəridə Yaqubzadənin mayın 25-də daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağının doğulması, əməliyyatdan sonra ananın vəziyyətinin pisləşməsi və ertəsi gün saat 5 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.