Ana səkkiz körpəsini boğub öldürdü

ana-sekkiz-korpesini-bogub-oldurdu-
Oxunma sayı: 638

“Qafqazinfo” xəbər verir ki, ana dünyaya gətirdiyi 8 körpəsini doğduqdan dərhal sonra boğaraq öldürdüyünü, cəsədləri isə evin bağçası və qarajında basdırdığını söyləyib.

Hadisə Villers-au-Terte kəndindəki evi alan ailənin, bağçada körpə cəsədlərinə aid sümüklər tapması və bunu polisə xəbər verməsiylə ortaya çıxıb. Yetkin 2 uşağı olan olan Dominique Cottrez hamilə qaldığından yoldaşının xəbərdar olmadığını bildirib.

Polislərin nəzarətə aldığı Dominique Cottrezin evində körpə cəsədlərindən 2-sini bağçada paketdə, 6-sını qarajda basdırıldığı aydın olub. Qadın dərhal həbs olunub.

Günay