Ana və 6 uşağının parçalanmış meyiti tapıldı- - Rusiyada

ana-ve-6-usaginin-parcalanmis-meyiti-tapildi-
Oxunma sayı: 904


“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Nijni Novqorodda baş verib. 

Qeyd edək ki, bir müddət öncə Rusiya İstintaq Komitəsi Nijni Novqorodda 8 nəfərlik (ata, ana və 6 uşaq) ailənin yoxa çıxması barədə məlumat yayıb. Həmin ailəyə məxsus mənzilə baxış keçirilərkən hissələrə ayrılmış meyitlər tapılıb. Lakin onların sayı rəsmən açıqlanmır. 

Nijni Novqorodun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, tapılan meyitlərin ana və uşaqlara aid olduğu istisna edilmir. 

Hazırda polis ailə başçısını axtarır.

“Qafqazinfo”