Ana və azyaşlı qızı zəhərləndi - Maştağada yanğın

ana-ve-azyasli-qizi-zeherlendi-
Oxunma sayı: 1027

Dünən Bakıda fərdi yaşayış evində yanğın baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə yanvarın 24-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yaşayan Tural Yasinova məxsus evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb, tüstüdən zəhərlənmiş T.Yasinovanın arvadı Ramiləyə və azyaşlı qızı Fatiməyə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Murad Əhməd