Ana və azyaşlı qızı zəhərləndi

ana-ve-azyasli-qizi-zeherlendi
Oxunma sayı: 2373

Qazaxda ana və azyaşlı qızı dəm qazından zəhərlənib.

“Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Çaylı kəndində baş verib.

Belə ki, kənd sakini Səbinə Gülməmmədova və onun azyaşlı qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərləniblər.

Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri kafi qiymətləndirilir.

Elmar Əli