Ana və əkizləri dəm qazından zəhərləndi

ana-ve-ekizleri-dem-qazindan-zeherlendi
Oxunma sayı: 1175

Bu gün gecə saatlarında Nəsimi rayonu Cavadxan küç, mənzil 30-da dəm qazından zəhərlənmə hadisəsi baş verib. 

“Qafqazinfo” Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, boğulma barədə çağırış Təcili Yardıma saat 00:34-də daxil olub. 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. 

Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.