Ana və iki övladı dəm qazından boğulub

ana-ve-iki-ovladi-dem-qazindan-bogulub
Oxunma sayı: 2897

Rusiyanın Ryazan vilayətində qazdan boğulma faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata əsasən, insident Ryajsk şəhərində baş verib. Hadisə nəticəsində ana ilə 5 yaşlı qızı və 2 yaşlı oğulu həlak olub.

İlkin ehtimala görə, hadisə qaz sızması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.