Ana və oğlu dəfn olundu - Foto

ana-ve-oglu-defn-olundu
Oxunma sayı: 5314

Bir neçə gün öncə evində öldürülən ana və oğlu dəfn edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakıda 164 saylı məktəbdə şahmat müəlliməsi işləyən Janna Məhərrəmova və oğlu “Biznes-dialoq” mərkəzinin baş meneceri Aleksandr Məhərrəmov öz evlərində küt alətlə öldürülüblər.

Qətldən sonra Aleksandr Məhərrəmovun iş yoldaşları ailənin heç bir qohumunu tapa bilmədikləri üçün özləri dəfn etməli olduqlarını bildirmişdilər. Dəfn üçün elə sosial şəbəkə vasitəsilə vəsait toplandı. Bu gün isə ana və oğul dəfn olunub.