Ana və oğlu dəm qazından zəhərləndi - Ölən var-Yenilənib

ana-ve-oglu-dem-qazindan-zeherlendi
Oxunma sayı: 1958

Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yaşayan ana və oğlu dəm qazından zəhərlənib.

Qadın dünyasını dəyişib, övladı isə xəstəxanaya yerləşdirilib.

***

Hadisə nəticəsində ölən qadının 1954-cü il təvəllüdlü Fərəcova Eteri Davud qızı, xəstəxanaya yerləşdirilən şəxsin isə onun oğlu 1981-ci il təvəllüdlü Rufan Fərəcov olması müəyyənləşib.

Yunis Quliyev