Ana və oğulun məhkəməsi başlayıb

ana-ve-ogulun-mehkemesi-baslayib
Oxunma sayı: 772

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qədəm Tanrıverdiyeva və onun oğlu Nadir Tanrıverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bəlli olub ki, Q.Tanrıverdiyeva 2014-cü ildə də eyni əmələ görə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Bakı Apellyasiya Məhkəməsi ona bəraət verərək azadlığa buraxıb. Sərbəst qalan Tanrıverdiyeva bu dəfə oğlu Nadir ilə birlikdə əməllərinə davam edib. Bir neçə şəxsi aldadaraq pullarını mənimsəyiblər.

Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.

Murad Əhməd