Qusarda dəm qazı növbəti dəfə iki nəfərin həyatına son qoyub.
“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, hadisə şəhərin Məlikov 41 ünvanında qeydə alınıb. Ana və övladı dəm qazından boğularaq dünyasını dəyişiblər. Hazırda polis və prokurorluq həmçinin qaz idarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
Son xəbərlər
Son Xəbərlər