Ana və qızı qəzaya düşdü – - 1 ölü

ana-ve-qizi-qezaya-dusdu-
Oxunma sayı: 1656


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə avqustun 18-də saat 01 radələrində paytaxtın Nizami rayonunda qeydə alınıb.

Bakı şəhər sakini Lətafət Əliyeva idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında quraşdırılmış dayanacağa vurub. 

Nəticədə onun qızı Dəniz və dayanacaqda olan paytaxt sakini Ruslan Dəmirov xəstəxanaya yerləşdirilib.

R.Dəmirov orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Murad Əhməd

“Qafqazinfo”