Ana və qızını güllələyənin kimliyi bilindi

ana-ve-qizini-gulleleyenin-kimliyi-bilindi
Oxunma sayı: 5340

Bakıda nişanlısını öldürüb, anasını yaralamaqda şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, mayın 31-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində qəsəbə sakini Elçin Qədimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə tanışı Aytən Cəfərovaya və onun anası Esmira Cəfərovaya xəsarət yetirib hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş Aytən orada ölüb, anasının vəziyyəti ağırdır. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qədimov saxlanılıb. Onun evindən  müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

Məlumata görə, A.Cəfərova E.Qədimovun nişanlısı olub, bir neçə gün əvvəl qızın nişan üzüyünü qaytarması ailələr arasında mübahisələrə səbəb olub. 

Murad Əhməd