“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Car kənd sakini Samirat Nurəddin qızı Qarayeva avqustun 14-də RPŞ-yə yazılı müraciət edərək bildirib ki, Çökək kəndində ərdə olan qızı - 1991-ci il təvəllüdlü Ruqiyyət Şaban qızı Quliyeva və onun azyaşlı övladı 2011-ci il təvəllüdlü Üneysət Rövşən qızı Quliyava avqust ayının 12-si tarixində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Avqustun 14-dən onların axtarışına başlanılıb. Hazırda axtarışlar davam etdirilir.
Samirat Qarayevanın verdiyi məlumata görə, qızı ailə qurduqdan sonra əri Rövşən Quliyevlə birlikdə bir müddət Rusiya Federasiyasının Perm şəhərində yaşayıb. Hazırda R. Quliyev Permdə işləyir.
Son xəbərlər
Son Xəbərlər