“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, İrlandiyada anadan olan Tessa Evansın burun dəlikləri olmasa da öskürə və asqıra bilir, hətta soyuqdəymə də olur. Dünyada indiyə kimi 47 nəfərdə görünən bu nadir xəstəlik üçün həkimlər bir ilki bacara bilib. Onlar Tessa üçün yeni bir burun hazırlayır. Belə ki, həkimlərin çox dəqiqliklə həyata keçirdiyi bu burun implantasiyası uzun müddət alsa da, müsbət nəticələnəcəyi gözlənilir. 2 yaşlı qızın burun nahiyəsindəki qabarıqlıq artıq gözlə görünə bilən səviyyədədir. Həkimlər dərinin altına yerləşdirilən toxumanın illər ərzində inkişaf edib böyüyəcəyini deyir.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər