Anadolu Universitetinin nümayəndə heyəti BDU-da olub

anadolu-universitetinin-numayende-heyeti-bdu-da-olub
Oxunma sayı: 649

BDU-nun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Anadolu Universitetinin rektoru, professor Davut Aydın, rektor müavini professor Mustafa Cavcar, Aviasiya və Kosmos Elmləri dekanı, professor Mehmet Şerif Kavsaoğlu, Azərbaycan Türkiyə İş adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yanğın, Türkiyə səfirliyinin II katibi Bahar Doğan iştirak ediblər.
A. Məhərrəmov BDU-nun Türkiyənin bir çox universitetləri ilə əlaqəsinin olduğunu, Ankara Universitetinin hüquqşünas hazırlığı ilə bağlı ikili diplom verəcəklərini qonaqların diqqətinə çatdırıb.
Anadolu Universitetinin rektoru D. Aydın isə Azərbaycanın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetdə olmasından qürur hissi duyduğunu bildirib. Rektor səfərdə əsas məqsədin BDU və Anadolu Universiteti arasında əməkdaşlıq əlaqələri yaratmaqdan ibarət olduğunu söyləyib. Söhbət zamanı bununla bağlı bir sıra məsələlər də müzakirə edilib.
Daha sonra qonaqlar universitetlə yaxından tanış olmaq məqsədilə Nanoaraşdırmalar, Nüvə Maqnit Rezonans, Ekoloji monitorinq üzrə elmi-tədris laboratoriyalarında, Heydər Əliyev Muzeyində, Elektron Tədris Mərkəzində olublar.
Nigar