Analoq yayım dayandırılacaq

analoq-yayim-dayandirilacaq
Oxunma sayı: 1659


“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov müvafiq fərman, sərəncam və dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb. 

Nazirliyin fəaliyyətinin səmərəli təşkili ilə bağlı vacib istiqamətləri önə çəkən Ə.Abbasov kosmik sahənin inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılması, genişzolaqlı internet və müasir rabitə infrastrukturunun yaradılmasını nəzərdə tutan layihələrin icrasına başlanılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, telekommunikasiya və poçt xidməti şəbəkəsinin modernləşdirilməsi, Yüksək Texnologiyalar Parkı, nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üzrə “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyətinin təşkili, “Data Mərkəz”in qurulması, respublikada mərkəzləşmiş avtomatik radiomonitorinq şəbəkəsinin yaradılması, rəqəmli yayımın ölkə ərazisini tam əhatə etməsi və analoq yayımın dayandırılması, istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin vətəndaşlardan RYTN-ə daxil olan müraciətlərin diqqət mərkəzində saxlanması və həll olunması, I Avropa oyunlarının yüksək səviyyədə keçirilməsi ilə ələqədar zəruri tədbirlərin görülməsi istiqamətində nazirliyin struktur bölmələrinə konkret tapşırıq və göstərişlərini verib.