“Anam bunu toydan sonra göstərdi, ağladım” - Fotolar

anam-bunu-toydan-sonra-gosterdi-agladim
Oxunma sayı: 8786

“Vogue” jurnalı milyarder Nelson Peltzin qızı Nikola Peltz və Devid və Viktroiya Bekhemlərin oğlu Bruklin Bekhemin toyundan yeni fotolar yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, nəşr toyla bağlı bəzi detalları öyrənib.

Nikola və Bruklin etiraf ediblər ki, 1992-ci ildə ailə həyatı quran Devid Boui və supermodel İmanın toy mərasimindən ilhamlanıblar. Nikolanın saç düzümü və makiyajı üçün isə ilham mənbəyi digər supermodel Klaudiya Şiffer olub.

Nikola və Bruklinin toyu üç gün davam edib. Toydan sonra məlum olub ki, Nikolanın anasının xahişi ilə gəlinliyin alt hissəsinə nəzərə qarşı amulet tikilmişdi. Bundan əlavə, gəlinliyə mavi saplarla “Nikola, ürəyim mənim. Sən mənsən, mən sənəm. Mənim bütün sevgim, bütün həyatım, gözəl qızım. Sevirəm, ana” sözləri həkk edilmişdi.

“Xoşbəxtəm ki, o, bunu mənə mərasimdən sonra göstərdi. Ağladım”, - Nikola deyib.