“Anam doğulmağımı istəmirdi” - Yıldız Tilbe

anam-dogulmagimi-istemirdi
Oxunma sayı: 4842

Türkiyəli məşhur müğənni Yıldız Tilbe yenə açıqlamaları ilə gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi konserti zamanı tamaşaçılara səmimi etiraflar edərək, anasının onu istəmədiyini açıqlayıb.

“Rəhmətlik anam altı qız dünyaya gətirmişdi. 7-ci qız olacağımı düşündüyü üçün məni istəməyib. Dünyaya gəlməyim deyə özünü zəhərləyib, hündürlükdən tullanıb, amma mənə heç nə olmayıb” -, Tilbe deyib.

O, atasının onlara olan sevgisindən bəhs edərək sözlərinə belə davam edib: “Atam “Hər qızım 10 oğlana bərabərdir. Sizin bir dırnağınızı 10 oğlana dəyişmərəm” deyirdi. Kaş bütün atalar qızlarını belə sevəydi”.