ANAMA əməkdaşları qəzaya düşdü - Yenilənib

anama-emekdaslari-qezaya-dusdu
Oxunma sayı: 3703

Füzuli rayonunda ANAMA əməkdaşları yol qəzasına düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Kürdmahmudlu kəndi ərazisində baş verib.

Nəticədə Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Onlar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

ANAMA-dan bildirilib ki, hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.

***

Baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 4 nəfər (hər biri kişidir) TƏBİB-in tabeliyindəki Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib:

“Hazırda vəziyyəti stabil olan 3 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, vəziyyəti ağır olan 1 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir”.