İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumat açıqlanıb.
“Qafqazonfo” xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Belə ki, 2022-ci ilin yanvarın 5-dən 8-nə qədər olan müddətdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 6 piyada əleyhinə mina, 6 tank əleyhinə mina, 68 partlamamış hərbi sursat aşkarlanıb, 57,1 hektar ərazi təmizlənib.

Son xəbərlər
Son Xəbərlər