ANAMA sədrinə I müavin təyin olundu

anama-sedrine-i-muavin-teyin-olundu
Oxunma sayı: 3740

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinə birinci müavin təyin edilib.

ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bəhruz Əmir oğlu Məmmədov ​sözügedən vəzifəyə təyin olunub.

Bu gün İdarə Heyətinin sədri Vüqar Süleymanov Bəhruz Məmmədovu kollektivə təqdim edib.

Qeyd edək ki, B.Məmmədov müvafiq təyinatadək Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.