“Anamı kişilərə qısqanmıram...” – - Məşhur müğənninin oğlu

anami-kisilere-qisqanmiram-
Oxunma sayı: 2743



“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Armanın suallarını cavablandıran Mithat anası haqda fikirlərini də bölüşüb:

“Sezen Aksunun oğlu olmaq mənim həqiqətimdir. Amma bunu mən seçməmişəm. Dəyişdirə də bilmərəm. Çox xoşbəxt və şanslıyam. Çünki anam müdhiş bir insandır. Mənim üçün xaricdən necə qiymətləndirildiyim vecimə deyil. Mən özüm kimiyəm, Mithat kimi. Mənim üçün anam, anamdır! Hislərim sənin anana hiss etdiyin duyğudan fərqli deyil. Heç bir zaman Sezen Aksu olmur mənim gözümdə, o mənim canım anamdır. Anamı heç vaxt kişilərə qısqanmamışam. Mən həmişə buradayam, heç yerə getmirəm. Onlar dəyişir, oğlu olaraq həmişə mən qalıram. Bu işin zarafat tərəfidir. Məndə elə bir türk qısqanclığı yoxdur. Bacımın 20 yaşı var, onun da sevgilisi olur. Mən qardaşam deyib aləmi qatmıram. Həyat bir dəfə, təbii ki hər kəs dilədiyi kimi yaşayacaq”.