“Anamız həkim, atamız əsgərdir, onları görməyimiz üçün evdə qalın”

“Anamız həkim, atamız əsgərdir, onları görməyimiz üçün evdə qalın”
Oxunma sayı: 3463

Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qocanın son paylaşımı maraqla qarşılanıb.

“Qafqazinfo” “Hürriyət”ə istinadən xəbər verir ki, nazir fotoya “bu mesaj Samsundan gəlib, hamının görməsini istəyirik” şərhini yazaraq paylaşıb.

Fotoda əllərində plakat tutan bacı-qardaş vətəndaşlara bu sözlərlə müraciət edib: “Bizim anamız həkim, atamız əsgərdir. İkisi də işləyir. Onlara icazə olmadığından biz evdə qaldıq. Ana və atamızı görməyimiz üçün siz də evdə qalın”.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi